...

Qazaxıstanın Bakıdakı səfirliyində 70 yaxın seçici səs verib

Dünya xəbərləri Materials 26 Aprel 2015 14:30 (UTC +04:00)
Qazaxıstan prezidenti seçkilərində Bakıdakı məntəqədə saat 14:00 görə 69 nəfər səs verib.
Qazaxıstanın Bakıdakı səfirliyində 70 yaxın seçici səs verib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Qazaxıstan prezidenti seçkilərində Bakıdakı məntəqədə saat 14:00 görə 69 nəfər səs verib. Bunu Trend-ə Qazaxıstanın Bakıdakı səfirliyində deyiblər.

Məntəqə səfirlik binasında yerləşir. Səs vermə saat 20:00 qədər davam edəcək.

Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti