...

İranın Azərbaycandakı səfirliyində Minada ölənlərin xatirəsi anılacaq

Dünya xəbərləri Materials 29 Sentyabr 2015 11:55 (UTC +04:00)
Sentyabr ayının 30-u və oktyabr ayının 1-i İranın Bakıdakı səfirliyində Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə "xatirə kitabı" qoyulacaq.
İranın Azərbaycandakı səfirliyində Minada ölənlərin xatirəsi anılacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Sentyabr ayının 30-u və oktyabr ayının 1-i İranın Bakıdakı səfirliyində Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə "xatirə kitabı" qoyulacaq. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

M.Ayətullahinin sözlərinə görə, "xatirə kitabı" səfirliyin B.Sərdarov küç. 4-də yerləşən (Səbail rayonu) binasında saat 10:00-dan 16:00-dək qoyulacaq.

M.Ayətullahi bildirib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na öz ürək sözlərini yaza bilərlər.

Mətbuat katibi bir çox ölkələrdən gəlmiş hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğunu qeyd edərək bildirib ki, bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İranın Azərbaycandakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə, minnətdarlığını bildirir.

Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 228 nəfər, itkin düşənlərin sayı 248, yaralıların sayı isə 27 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti