...

Əhməd Davudoğlu: “Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib”

Dünya xəbərləri Materials 8 Oktyabr 2015 04:55 (UTC +04:00)
Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.
Əhməd Davudoğlu: “Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib”

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.

Trend-in "Milliyət"-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

"Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil", Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir. Bizim hava məkanımızı kimsə poza bilməz, Davudoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti