...

Türkiyə və Rusiya XİN rəhbərləri münasibətlərdə yaranmış böhranın həllini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 3 Dekabr 2015 12:52 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə münasibətlərində yaranmış böhranın nizamlanması müzakirə ediləcək.

XİN rəhbərlərinin görüşü Belqradda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti