...

İran Kərbəladan qayıdan zəvvarlara oyuncaqlarla bağlı xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 5 Dekabr 2015 10:27 (UTC +04:00)

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən gün İranla İraq sərhəd-buraxılış məntəqələrində yoxlamalar apararkən bir neçə şübhəli bağlama aşkarlanıb və müsadirə olunub.

Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Hüseyn Zülfüqari deyib.

Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat yayır.

H.Zülfüqari deyib ki, İraqla sərhəddə yerləşən Xuzestan və İlam əyaləti sərhədlərində yoxlamalar zamanı müsadirə olunan bağlamalarda aşkarlanan oyuncaqlarda partlayıcı maddələr quraşdırılıdığı məlum olub və hazırda bu məsələ araşdırılır.

H.Zülfüqari Ərbəin münasibəti ilə İraqa səfər etmiş İran vətəndaşlarına səslənərək bildirib ki, oyuncaqlar alan zəvvarlar sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik orqanlarının nümayəndələrinə bu barədə məlumat versinlər.

"Təhlükəsizlik qüvvələri sərhədlərdə nəzarəti gücləndirib. Lakin lazımdır ki, vətəndaşlar ölkəyə giriş etməmişdən öncə öz əşyalarını yoxlasınlar".

Qeyd edək ki, bir müddət öncə İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərini həbs etmişdi. Onlardan içərisində partlayıcı maddə qurşadırlmış uşaq oyuncaqları müsadirə olunmuşdı.

Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf etmişdi. Bu münasibətlə İrandan İraqa 2 milyon 100 min nəfərdən çox insanın getdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti