...

Türkiyə sahillərində yenə faciə - 22 suriyalı qaçqın sulara qərq olub

Dünya xəbərləri Materials 8 Fevral 2016 16:18 (UTC +04:00)
Türkiyə sahillərində Egey dənizində suriyalı qaçqınları daşıyan gəmi batıb.
Türkiyə sahillərində yenə faciə - 22 suriyalı qaçqın sulara qərq olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə sahillərində Egey dənizində suriyalı qaçqınları daşıyan gəmi batıb. Trend Türkiyənin Haber7 qəzetinə istinadə məlumat verir ki, ilkin məlumatlara görə, 22 nəfər batıb.

Qeyd edək ki, yanvarın sonlarında Çanqqalada gəmi qəzası zamanı 35 nəfər həlak olmuşdu.

Hazırda Türkiyə ərazisində 2 milyondan artıq suriyalı qaçqın məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti