...

Misir təyyarəsini qaçıran Kiprdən siyasi sığınacaq istəyib

Dünya xəbərləri Materials 12 Aprel 2016 17:08 (UTC +04:00)
Martın 29-zu Misirin "Egypt Air" aviaşirkətinin А320 təyyarəsini qaçıran Seyf əd-Din Mustafa Kiprdən siyasi sığınacaq istəyib.
Misir təyyarəsini qaçıran Kiprdən siyasi sığınacaq istəyib

Bakı. Elçin Hüseynov - Trend:

Martın 29-zu Misirin "Egypt Air" aviaşirkətinin А320 təyyarəsini qaçıran Seyf əd-Din Mustafa Kiprdən siyasi sığınacaq istəyib.

Bu barədə Trend Kiprin "Filelefteros" qazetinə istinadən xəbər verir.

Kipr məhkəməsi sığınacaq haqqında müraciəti aprelin 22-i Seyf əd-Din Mustafanın Misirə ekstradisiya etməsinə dair dinləmələr zamanı baxılacaq.

Daha əvvəl Kipr məhkəməsinin qərarı ilə Seyf əd-Din Mustafa 8 sutkalıq həbs edilmişdi.

O piratlıq, partlayıcı maddələrin qanunsuz saxlanılması, insanların qaçırdılması, terrorizm və digər maddələrlə ittiham olunur.

Xatırladaq ki, misirli Seyf əd-Din Mustafa "EgyptAir" aviaşirkətinin İskəndəriyyə-Qahirə marşrutu üzrə hərəkət edən A-320 təyyarəsini qaçırıb. Seyf əd-Din Mustafa komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda uçağı partlatmaqla hədələyib.

Təyyarənin göyərtəsində 55 sərnişin olub, o cümlədən 8 Böyük Britaniya, 10 ABŞ vətəndaşı.

Əvvəl təyyarəni qaçıran Kiprdən siyasi sığınacaq istəyib, sonra Misirdəki həbsxanalarda olan məhbusların azad edilməsini tələb edib. Daha sonra isə o Kiprdə yaşayan kecmiş həyat yoldaşına məktub göndərib və təyyarənin Türkiyəyə uçmağını tələb edib. Bir müddətdən sonra o sərnişinləri azad edib və təhlükəsizlik qüvvələrinə təslim olub.

"Filelefteros" qazeti qeyd edir ki, Misir qanunvericiliyinə əsasən, Seyf əd-Din Mustafanı törətdiyi cinayətə ğörə ölüm cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti