Bakı. Trend:
Aprelin 23-də Xəzər dənizində yanan Rusiyanın "Palflot 2" tankerinin heyət üzvü sabah Həştərxana gətiriləcək.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, heyət üzvünün Həştərxana gətirilməsinin yubanması əlverişsiz hava şəraiti ilə bağlıdır.
Daha əvvəl verilən məlumata görə, heyət üzvünün aprelin 27-də Həştərxana çatdırılacağı bildirilirdi.