...

Mark Tsukerberqin mühafizəsinə son 3 ildə 12 milyon dollar xərclənib

Dünya xəbərləri Materials 29 Aprel 2016 14:36 (UTC +04:00)
Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Tsukerberqin mühafizəsinə son 3 ildə 12 milyon dollar xərclənib.
Mark Tsukerberqin mühafizəsinə son 3 ildə 12 milyon dollar xərclənib

Bakı. Elçin Hüseynov - Trend:

Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Tsukerberqin mühafizəsinə son 3 ildə 12 milyon dollar xərclənib. Bu barədə Trend Bloomberg-ə istinadən xəbər verir.

Sosial şəbəkədən bildiriblər ki, M.Tsukerberq daim təhdid və hədələrə məruz qalır və buna görə şirkət onun San-Fransiskodakı evinin təhlükəsizlik sistemlərinə və səfərlər zamanı mühafizəçilərinə milyonlarla vəsait xərcləyir. M.Tsukerberqin mühafizəçilərinin rəhbəri isə Məxfi xidmətinin yüksək rütbəli əməkdaşıdır - o daha əvvəl ABŞ Prezidenti Barak Obamanın mühafizəçisi olub.

Beləliklə, 2013 ildə M.Tsukerberqin mühafizəsinə 2,65 milyon, 2014 ildə - 5,6 milyon, 2015-ci ildə isə - 4,26 milyon dollar xərclənib.

Standard & Poor's şirkətinin məlumatına əsasən, təhlükəsizlik məsələsərinə xərçlənən vəsaitlər reytinqində Facebook rəhbəri birinci yerdə durur. İkinci yerdə mühahizəyə xərclənən vəsaitlə (2015-ci ildə 1,53 milyon dollar) "Oracle" şirkətinin təsisçisi Larri Ellison yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti