...

Tbilisidə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq

Dünya xəbərləri Materials 2 May 2016 12:05
Mayın 24-25-də Tbilisidə Müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək.
Tbilisidə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Mayın 24-25-də Tbilisidə Müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Konfransda regional və beynəlxalq təhlükəsizlik məsələləri, müasir beynəlxalq quruluş problemlərinin kiçik ölkələrə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, ATƏT-in baş katibi Lamberto Zanyer, Gürcüstan hökümətinin və parlamentinin nümayəndələri forumun iştirakçıları sırasında olacaq.

Konfrans Gürcüstan Müdafiə Nazirliyinin və ABŞ Atlantik Şurasının təşkilatçılığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti