...

“EgyptAir” aviaşirkətinə məxsus təyyarə dənizə düşüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 May 2016 07:44 (UTC +04:00)
Radarlardan itmiş “EgyptAir” aviaşirkətinə məxsus təyyarə Aralıq dənizinə düşüb.
“EgyptAir” aviaşirkətinə məxsus təyyarə dənizə düşüb (YENİLƏNİB)

Bakı. Trend:

Radarlardan itmiş "EgyptAir" aviaşirkətinə məxsus təyyarə Aralıq dənizinə düşüb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Mayədin" telekanalı aviaşirkətdə olan mənbələrinə istinadən məlumat verir.

Paris-Qahirə reysini həyata keçirən "EgyptAir" aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər heyət üzvləri daxil olmaqla 58 nəfər olub.

Təyyarə Şarl-de-Qol hava limanından Paris vaxtı ilə saat 23:09-da yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti