...

Putin Nitsadakı terror aktının amansızlığından təsirlənib

Dünya xəbərləri Materials 15 İyul 2016 11:44 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Nitsada törədilmiş terror aktının amansızlığından təsirlənib.
Putin Nitsadakı terror aktının amansızlığından təsirlənib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Nitsada törədilmiş terror aktının amansızlığından təsirlənib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə V.Putinin Fransa Prezidenti Fransua Ollanda göndərdiyi teleqramda deyilir.

Onun sözlərinə görə, bu qorxunc şər üzərində qələbə qazanmaq üçün bütün səyləri birləşdirmək lazımdır: "Terrorçuluğun bütün forma və təzahürləri ilə ardıcıl və güzəştsiz mübarizə aparmaq lazımdır".

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti