Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:16-da yayılıb)
Bakı. Trend:
Nitsa aeroportunda vəziyyət normallaşır, sərnişinləri yenidən aeroportun binasına buraxırlar.
Trend-i RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu aeroportun nümayəndəsi Jerald Jiro deyib.
Sərnişinlər binadakı baqajlarını götürmək üçün içəri buraxılırlar.
Daha əvvəl verilmiş məlumata görə, Nitsa aeroportunun terminallarının biri hərbçilər tərəfindən dövrəyə alınmışdı, təxliyə aparılırdı.
Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.