Bakı. Elçin Hüseynov - Trend:
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp prezident Barak Obamanı "İslam dövləti" terror təşkilatının yaradılmasında ittiham edib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazır.
Floridada çıxıs edərkən D.Tramp deyib ki, bu terror qruplaşmasının üzvləri hazırkı ABŞ prezidentinə pərəstiş edir: "Onlar prezident Obamaya bir çox mənalarda pərəstiş edirlər. O, "İslam dövləti"nin" yaradıcısıdır".