...

Yəmən gəmisi batıb, 60-dan artıq sərnişindən xəbər yoxdur

Dünya xəbərləri Materials 7 Dekabr 2016 09:31 (UTC +04:00)
Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.
Yəmən gəmisi batıb, 60-dan artıq sərnişindən xəbər yoxdur

Bakı. Trend:

Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb. Trend bu barədə TASS-a istinadən məlumat verir.

Məlumata görə, gəmidə 64 sərnişin olduğu bildirilir, onların arasında qadın və uşaqlar da var.

Gəmi Yəmənin Hadramaut vilayətindən - Əl-Mukalla şəhərindən adaya doğru marşrut üzrə hərəkət edirmiş. Məlumata görə, gəmi limandan ayrılandan bir müddət sonra sahil xidməti ilə əlaqəsi kəsilib.

Hadramaut vilayəti müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar. Son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti