Bakı. Trend:
Rusiya Prezidentinin mətbuat konfransının vaxtı dəyişdirilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib.
O qeyd edib ki, RF Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib.
D.Peskovun sözlərinə görə, dövlət başçısı Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfirinin cümə axşamı keçiriləcək dəfn mərasimində iştirak edəcək:
"Vladimir Putin həmin gün mətbuat konfransının keçirilməməsi barədə qərar qəbul edib. Beləliklə, mətbuat konfransı bir gün sonra - dekabrın 23-də təşkil olunacaq".