...

Suriyada İŞİD-in əsas komandirlərindən biri məhv edilib

Dünya xəbərləri Materials 29 Dekabr 2016 08:43 (UTC +04:00)

Bakı. Trend:

Suriyada Koalisiyanın hava zərbələri zamanı İŞİD-in əsas komandirlərindən biri məhv edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin sözçüsü bildirib ki, İŞİD terror qruplaşmasının komandiri Əbu Candal əl-Kuveyti Suriyanın Rakka şəhərindən 40 kilometr aralıda yerləşən Fərat çayının yaxınlığında öldürülüb. Agentliyin məlumatına görə, o, bu şəhərdə qruplaşmanın əsas komandirlərindən biri idi.

Qeyd edək ki, Rakka şəhəri İŞİD-in Suriyadakı "paytaxtı" sayılır. 300 min əhalisi olan şəhər İŞİD tərəfindən 2013 cü ildə zəbt edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti