Bakı. Trend:
İstanbulda Yeni il gecəsi "Reina" adlı əyləncə mərkəzinə silahlı hücum edən İŞİD terror qruplaşmasının üzvü, özbək əsilli Abdulqadir Maşaripovun tutulması ilə bağlı aparılan əməliyyatın görüntüləri yayılıb.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, dünən gecə şəhərin Esenyurt rayonunda ələ keçirilən terrorçu ilə yanaşı, 1 qırğız əsilli kişi və 3 qadın da saxlanılıb. Əməliyyat zamanı A.Maşapirov evdə oğlu ilə birlikdə olub.
Xatırladaq ki, "Reina terroru"nda 39 nəfər həlak olmuşdu.