...

ABŞ-ın birinci xanımının çılpaq şəkilləri muzeydə nümayiş olunacaq

Dünya xəbərləri Materials 23 Yanvar 2017 07:36 (UTC +04:00)
ABŞ-ın birinci xanımı, keçmiş model Melaniya Trampın çılpaq şəkilləri ABŞ Birinci Xanımlar Muzeyində nümayiş olunacaq.
ABŞ-ın birinci xanımının çılpaq şəkilləri muzeydə nümayiş olunacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-ın birinci xanımı, keçmiş model Melaniya Trampın çılpaq şəkilləri ABŞ Birinci Xanımlar Muzeyində nümayiş olunacaq.

Trend-in "WKYC" telekanalına istinadan verdiyi xəbərə görə, muzey ziyarətçiləri üçün birinci xanımların və ölkənin digər tanınmış qadınlarının həyatları, nailiyyətləri və ölkə tarixinə verdiyi töhfələr barədə geniş məlumat verir.

Muzey müdiri Mişel Gullion bildirib ki, Melaniya Trampın həmin çılpaq şəkilləri onun həyatının bir hissəsidir, muzey isə tarixi olduğu kimi əks etdirir.

Muzeydə birinci xanımların inauqurasiyaya geyindikləri libaslar, fotoları, devətnamələr və digər şəxsi əşyalar saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti