Bakı. Trend:
İranda 10 nəfər edam edilib.
Trend-in məlumatına görə, edam edilmiş şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurdular.
Beynəlxalq Əfv Təşkilatının (Amnesty İnternational) hesabatına əsasən, dünyada ən çox ölüm hökmünün verildiyi İranda 2015-ci ildə 977 nəfər edam edilib.