Bakı. Trend:
Bu gün səhər saatlarında Türkiyədə Mardin-Diyarbəkir avtomobil yolunda hərbçilər ərazini minadan təmizləyərkən partlayış olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub.
Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Terrorçuların saxlanması üçün əməliyyat başlayıb.