...

Nazir: ABŞ-ın Suriyaya raket zərbəsi Trampın "şam yeməyindən sonra əyləncə"si idi

Dünya xəbərləri Materials 2 May 2017 22:15 (UTC +04:00)
ABŞ-ın ticarət naziri Uilbur Ross Suriyadakı aerodroma raket zərbəsi endirməsini Birləşmiş Ştatların Prezidenti Donald Trampın və Çin Xalq Respublikasının Sədri Si Cinpinin "şam yeməyindən sonra əyləncəsi" adlandırıb.
Nazir: ABŞ-ın Suriyaya raket zərbəsi Trampın "şam yeməyindən sonra əyləncə"si idi

Bakı. Trend:

ABŞ-ın ticarət naziri Uilbur Ross Suriyadakı aerodroma raket zərbəsi endirməsini Birləşmiş Ştatların Prezidenti Donald Trampın və Çin Xalq Respublikasının Sədri Si Cinpinin "şam yeməyindən sonra əyləncəsi" adlandırıb.

Trend-in məlumatına görə, nazir belə "əyləncə"yə görə D.Trampın nəsə ödəməsinə ehtiyac olmadığını deyib.

"Variety" jurnalı Los-Ancelesdə beynəlxalq konfransda çıxış edən U.Rossdan sitat gətirir: "Desert gətiriləndə Donald Tramp Si Cinpinə bir məsələ barədə - Suriyaya 59 raket zərbəsinin endirilməsindən danışmalı olduğunu bildirib. Bu, şam yeməyindən sonra birgə əyləncə idi".

Kütlə nazirin bu sözlərini gülüşlə qarşılayıb.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri ötən ayın əvvəllərində Suriyanın Hums vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti