...

Laricani: ABŞ özü ən böyük İŞİD-dir

Dünya xəbərləri Materials 9 İyun 2017 16:32 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.
Laricani: ABŞ özü ən böyük İŞİD-dir

Bakı. Trend:

İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.

Trend-in məlumatına görə, Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib.

O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: “Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır”.

Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti