Bakı. Trend:
Banqkokda güclü partlayış baş verib. Trend-in məlumatına görə, polis ən azı 1 nəfərin yaralanması barədə xəbər verib.
Polisin verdiyi xəbərə görə, partlayıcı qurğu plastik paketə qoyularaq kolların arasında gizlədilibmiş. Ərazini təmizləyən şəxs paketi götürmək istəyərkən partlayış baş verib.