Bakı. Trend:
İsveçrənin Sankt-Qallen kantonunun parlamenti ictimai yerlərdə üzü gizlətməyin qadağan edilməsi lehinə səs verib.
Trend-in məlumatına görə, qanun layihəsi 59 səs lehinə, 54 səs əleyhinə olmaqla ilk oxunuşda qəbul olunub.
Qeyd olunur ki, qadağa ictimai yerlərdə üzünü bağlayan hər kəsə - niqabda olan müsəlman qadınlara, eləcə də mitinqdə üzünü bandana ilə gizlədən şəxslərə aid edilir.