...

Hindistanda dəmiryolu stansiyasında izdihamda 22 nəfər öldü

Dünya xəbərləri Materials 29 Sentyabr 2017 11:30 (UTC +04:00)
Hindistanın Mumbay şəhərində dəmiryolu stansiyasında yaranan izdiham nəticəsində 22 nəfər həlak olub, 30-dan çox adam yaralanıb
Hindistanda dəmiryolu stansiyasında izdihamda 22 nəfər öldü

Bakı. Trend:

Hindistanın Mumbay şəhərində dəmiryolu stansiyasında yaranan izdiham nəticəsində 22 nəfər həlak olub, 30-dan çox adam yaralanıb.

Trend-in məlumatına görə, yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.

İzdihamın yaranma səbəbi kimi Mumbaya səhər saatlarında yağan güclü leysan göstərilir.

Belə ki, yolları su basacağından ehtiyat edən sakinlər dəmiryolu stansiyasına üz tutub. Nəticədə yaranan sıxlıq insan itkisinə yol açıb.

Xəbər lenti

Xəbər lenti