Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp dünyada insan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə birtərəfli iqtisadi sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Ağ evin mətbuat xidməti bildirib.
Qeyd olunan sanksiyalar bir sıra ölkəyə toxunub, o cümlədən Venesuela, Çin, Suriya, Rusiya və digər.
Eyni zamanda Tramp ABŞ hökumətinə bəzi hallarda humanitar və digər mülahizələrə görə bu məhdudlaşdırıcı tədbirlər tətbiq etməməyə icazə verib.