...

Fizika üzrə Nobel mükafatının laureatları məlum olub

Dünya xəbərləri Materials 3 Oktyabr 2017 14:05 (UTC +04:00)
İsveçdə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub
Fizika üzrə Nobel mükafatının laureatları məlum olub

Bakı. Trend:

İsveçdə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub.

Trend-in məlumatına görə, bu mükafata ABŞ-lı alimlər Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüb.

Onlar qravitasiya dalğalarının müşahidə olunması sahəsində verdikləri töhfəyə görə Nobel mükafatı ilə təltif ediliblər.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.

Trend bildirir ki, Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Xəbər lenti

Xəbər lenti