Bakı. Trend:
Suriya ərazisinin təxminən 92,6% -i İŞİD terror qruplaşmasının yaraqlılarından azad olunub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Krasnaya zvezda" qəzetində dərc olunan məlumatda deyilir.
Bundan başqa, ötən həftə ərzində Rusiya hərbiçiləri tərəfindən Deyr-əz-Zor rayonunda 210 hektardan çox ərazinin partlayıcılardan təmizləndiyi bildirilir.