...

Türkiyədə zavodda partlayış: 3 ölü, 5 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Noyabr 2017 12:28 (UTC +04:00)
Türkiyənin Bursa şəhərindəki zavodlardan birində partlayış baş verib.
Türkiyədə zavodda partlayış: 3 ölü, 5 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin Bursa şəhərindəki tekstil zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış zamanı dağıntılar qeydə alınıb.

Əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ətrafdakı binalara da ciddi ziyan dəydiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti