...

NASA da Argentinada itən sualtı qayığın axtarışlarına qoşuldu

Dünya xəbərləri Materials 18 Noyabr 2017 10:10 (UTC +04:00)
NASA-nın xüsusi təchiz edilmiş tədqiqat təyyarəsi Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus itmiş "San-Xuan" sualtı qayığının axtarışlarına qoşulub.
NASA da Argentinada itən sualtı qayığın axtarışlarına qoşuldu

Bakı. Trend:

NASA-nın xüsusi təchiz edilmiş tədqiqat təyyarəsi Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus itmiş "San-Xuan" sualtı qayığının axtarışlarına qoşulub. Trend-in məlumatına görə, Argentina Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.

Məlumata görə, sualtı qayıq Uşuayidən Mar-del-Platuya doğru hərəkət edirmiş.

Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib.

Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti