...

İranda YENƏ ZƏLZƏLƏ oldu

Dünya xəbərləri Materials 13 Dekabr 2017 11:46 (UTC +04:00)
Bu gün İranın şərqində daha bir zəlzələ baş verib
İranda YENƏ ZƏLZƏLƏ oldu

Bakı. Trend:

Bu gün İranın şərqində daha bir zəlzələ baş verib.

Trend-in məlumatlarına görə, səhər saatlarında Kirman şəhərindən 37 kilometr şimalda Rixter cədvəli ilə 4,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, həmin bölgədə son günlər ərzində bir neçə güclü zəlzələ baş verib. Son məlumata görə, dünən baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox adamın xəsarət aldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti