Bakı. Trend:
ABŞ-ın Florida ştatında yük maşını yol kənarında duran məktəb avtobusuna çırpılıb.
Trend-in "ABC Action News"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağır qiymətləndirilir.
Məlumata əsasən, insident Haylends dairəsində baş verib.