...

Türkiyədə İLK: Maşinistsiz metro qatarları xəttə buraxılır (FOTO)

Dünya xəbərləri Materials 14 Dekabr 2017 13:47 (UTC +04:00)
İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxılacaq.
Türkiyədə İLK: Maşinistsiz metro qatarları xəttə buraxılır (FOTO)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxılacaq.

Trend-in məlumatına görə, bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal "Twitter" hesabında yazıb.

M.Uysal qeyd edib ki, bu qatarlar Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.

Bələdiyyə sədri müvafiq metro xəttinin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti ötən ay uğurla sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti