...

Mumbayda çoxmərtəbəli binada yanğın: ölənlər var

Dünya xəbərləri Materials 4 Yanvar 2018 10:34 (UTC +04:00)
Yanvarın 4-nə keçən gecə Hindistanın Mumbay şəhərində çoxmərtəbəli binalardan birində yanğın baş verib.
Mumbayda çoxmərtəbəli binada yanğın: ölənlər var

Bakı. Trend:

Yanvarın 4-nə keçən gecə Hindistanın Mumbay şəhərində çoxmərtəbəli binalardan birində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər, o cümlədən 8 yaşlı uşaq ölüb.

İlkin ehtimala əsasən, yanğın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb.

Ölən şəxslər bir ailənin üzvü olublar. Sakinlər yanğısöndürənlərin hadisə yerinə vaxtında gəlmədiyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti