Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə vərəm xəstələrinə dövlət tərəfindən əlavə dəstək veriləcək.
Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi və Ailə Məsələləri və Sosial Siyasət Nazirliyinin birgə bəyanatında deyilir.
Bəyanata əsasən, hökumət tərəfindən vərəm xəstələrinə hər ay 1080 lirə müavinət veriləcək.
Həmçinin bildirilir ki, ölkədə vərəm xəstələrinə psixoloji dəstək məqsədilə xüsusi mərkəzlər yaradılacaq.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədə 12 417 nəfər vərəm xəstəsi qeydiyyata alınıb.