Bakı. Trend:
İordaniyada xüsusi xidmət orqanları terror aktı həyata keçirməyi planlaşdıran 17 nəfəri saxlayıb.
Trend-in məlumatına görə, saxlanılanların İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilir.
Əməliyyat zamanı həmin şəxslərdən silah-sursat aşkar edilib.
Təhlükəsizlik qüvvələrinin fikrincə, qruplaşma üzvləri İordaniyada bir neçə hücumun həyata keçirilməsini planlaşdırırmış.