Bakı. Trend:
Nigeriyanın paytaxtı Abudja şəhərinin yaxınlığında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 20 nəfər ölüb.
"16 nəfər üçün nəzərdə tutulan avtobus 30 nəfəri daşıyırdı. Sürücü idarəetməni itirəndə, avtobus yük maşınına çırpılıb", deyə polis nümayəndəsi Ömər İbrahim bildirib.
Onun sözlərinə görə, 17 nəfər yerində dünyasını dəyişib, daha üçü isə xəstəxanada.