Bakı. Trend:
Çin ABŞ-dan idxal olunan 128 adda məhsula rüsumlar tədbiq edib.
Trend-in məlumatına görə, bu barədə Çinin Kommersiya nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, rüsumlar 25 faiz təşkil edəcək.
Sözü gedən tədbirlərin bu yaxınlarda ABŞ administrasiyasının Çin mallarına tədbiq etdiyi rüsumlara cavab olaraq həyata keçirildiyi bildirilir.