Bakı. Trend:
Almaniyanın Duysburq şəhərində metroda qəza olub.
Trend-in məlumatına görə, qatarların toqquşması nəticəsində 35 nəfər xəsarət alıb.
İnsident şəhərin şimal hissəsində baş verib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Toqquşmanın səbəbləri məlum deyil.