...

Türkiyə S-400 sistemlərini 2019-cu ilin iyul ayında alacaq

Dünya xəbərləri Materials 4 Aprel 2018 07:46 (UTC +04:00)
Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini 2019-cu ilin iyul ayında alacaq.
Türkiyə S-400 sistemlərini 2019-cu ilin iyul ayında alacaq

Bakı. trend:

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini 2019-cu ilin iyul ayında alacaq.

Trend-in məlumatına görə, bunu "Tvitter" sosial şəbəkəsində Türkiyənin Müdafiə Sənayesi Katibliyinin (SSM) baş direktoru İsmail Demir yazıb.

Qeyd edək ki, daha öncə Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Ankarada mətbuat konfransında çıxış edərkən bildirmişdi ki, tərəflər komplekslərin çatdırılma tarixini tezləşdirmək qərarına gəliblər.

"Biz S-400 sistemlərinin müqavilədəki təhvil tarixini 2019-cu ilin iyul ayına dəyişdirdik", deyə Dəmir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti