...

Şərqi Qutada 59 mindən çox insan öz evinə qayıdıb

Dünya xəbərləri Materials 16 Aprel 2018 00:37 (UTC +04:00)

Bakı. Trend:

Şərqi Qutada 59 mindən çox insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Y.Yevtuşenko bildirib: "Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin və Suriya Ərəb Respublikanının səyləri sayəsində 59003 insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb".

Xəbər lenti

Xəbər lenti