...

Gümrü şəhər meriyası ələ keçirildi

Dünya xəbərləri Materials 2 May 2018 12:52 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində müxalifət tərəfdarları meriya binasına daxil olub.
Gümrü şəhər meriyası ələ keçirildi

Bakı. Trend:

Ermənistanın Gümrü şəhərində müxalifət tərəfdarları meriya binasına daxil olub.

Trend-in məlumatına görə, aksiya iştirakçıları mer Samvel Balasanyandan müxalifətə qoşulmağı tələb edib.

Meriyanın mətbuat xidməti hələlik heç bir açıqlama verməyib.

Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndirir.

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Yerevanda əsas küçə və prospektlər, eləcə də hava limanına aparan yol Nikol Paşinyan tərəfdarları tərəfindən bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti