Bakı. Trend:
Malayziyanın sabiq baş naziri Maxatxir Məhəmməd ümummilli seçkilər ərəfəsində "feyk" xəbərlərin yayılmasında şübhəli bilinir.
Trend-in məlumatına görə, 92 yaşlı müxalif siyasətçinin təyyarəsi eniş edərkən ona hava laynerinin nasazlığı barədə məlumat verilib.
Siyasətçi bunu təxribat kimi dəyərləndirib və bununla bağlı məhkəməyə müraciət edib.
Məhkəmə isə bunun yalan olduğunu üzə çıxarıb.
Malayziya qanunvericiliyinə görə, yalan xəbərlər yayanlar 6 il həbs cəzası və ya 168 min dollar cərimə olunur.