...

Türkiyə prezidentliyinə bütün namizədlərin ADLARI açıqlandı

Dünya xəbərləri Materials 10 May 2018 09:34 (UTC +04:00)
Türkiyə prezidentliyinə bütün namizədlərin adları açıqlanıb.
Türkiyə prezidentliyinə bütün namizədlərin ADLARI açıqlandı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Ali Seçki Komissiyası iyunun 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin adlarını açıqlayıb.

Bu barədə Trend "Rəsmi Qəzet"ə (Resmi Gazete) istinadən məlumat verir.

Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament seçkiləri də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti