...

Ermənistanda yeni müdafiə naziri kim oldu? - Paşinyandan TƏYİNAT

Dünya xəbərləri Materials 11 May 2018 13:09 (UTC +04:00)
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib
Ermənistanda yeni müdafiə naziri kim oldu? - Paşinyandan TƏYİNAT

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu vəzifəyə fövqəladə hallar nazirinin vəzifələrini icra edən David Tonoyan təyin olunub.

N.Paşinyan bu barədə qərarı Ermənistan Nazirlər Kabinetinin bugünkü iclasında verib. İclas zamanı hökumətin digər üzvlərinin də təyin olunacağı bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistanda müdafiə naziri Vigen Sarkisyan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti