...

Britaniya şahzadəsi evləndi - Baş nazir toya dəvət edilmədi

Dünya xəbərləri Materials 19 May 2018 16:21 (UTC +04:00)
Vindzor qəsrində Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçirilib.
Britaniya şahzadəsi evləndi - Baş nazir toya dəvət edilmədi

Bakı. Trend:

Vindzor qəsrində Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçirilib.

Trend-in məlumatına görə, toya 2,6 min qonaq gəlib. Onlar arasında müğənni Elton Con, amerikalı aparıcı Opra Uinfri, aktyor Corc Kluni, Viktoriya və Devid Bekhem cütlüyü və kral ailəsinin üzvləri var.

Ölkənin baş naziri Tereza Mey də daxil olmaqla, digər rəsmi şəxslər toya dəvət olunmayıb. Kraliça buna səbəb kimi mərasimin rəsmi dövlət tədbiri olmadığını əsas gətirib.

Nikah mərasimindən öncə kraliça II Yelizaveta şahzadə Harrini hersoq titulu ilə təltif edib. Beləliklə cütlük toydan sonra hersoq və hersoginya olacaq. Aktrisa kino karyerasından imtina etmək və Britaniya vətəndaşlığı almaq niyyətindədir.

Şahzadə Harri Britaniya taxtının beşinci varisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti