...

Rusiyada "Telegram" açılır? - Məhkəmə qərar verdi

Dünya xəbərləri Materials 14 İyun 2018 13:06 (UTC +04:00)
Moskva şəhər məhkəməsi “Telegram” messencerinin bağlanması barədə qərarı qüvvədə saxlayıb
Rusiyada "Telegram" açılır? - Məhkəmə qərar verdi

Bakı. Trend:

Moskva şəhər məhkəməsi “Telegram” messencerinin bağlanması barədə qərarı qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, məhkəmə “Telegram” nümayəndələrinin apellyasiyasını təmin etməyib.

Vəkillər bu qərarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin müraciəti əsasında məhkəmə qərarı ilə “Telegram”ın fəaliyyətinə qadağa qoyulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti