...

Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib

Dünya xəbərləri Materials 17 İyun 2018 00:27 (UTC +04:00)
Müxalifət Aleksis Tsipras başda olmaqla Yunanıstan hökumətini istefaya göndərə bilməyib.
Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib

Müxalifət, Aleksis Tsipras başda olmaqla, Yunanıstan hökumətini istefaya göndərə bilməyib. Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.

Müxalifət kifayət qədər səs toplaya bilmədi. Yunanıstan Kommunist Partiyası səsvermədə iştirak etmədi. Səsvermənin nəticələri hələ ki rəsmən elan olunmayıb.

Hökumətin istefaya göndərilməsi təşəbbüsü əvvəlcədən iflasa məhkum idi. Belə ki, Tsipras hökuməti parlamentdəki 300 yerdən 154-nə sahibdir. Hökumətə etimadsızlıq göstərilməsi məsələsi üzrə prosedur cümə axşamı günü başlamışdı və bu, hökumətin Makedoniya Respublikasının adının dəyişdirilməsinə razılıq verməsi ilə əlaqədar olaraq gündəmə gəlmişdi. Müxalifət hesab edir ki, qonşu ölkənin Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş milli maraqlara zərbə vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti