Bakı. Trend:
Əfqanıstanın şərqi vilayəti Nanqarxarda terrorçu-intiharçının törətdiyi partlayış nəticəsində 35 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində daha 65 nəfər yaralanıb. Partlayış Ramazan bayramı münasibəti ilə şənlik zamanı törədilib.
Partlayışa görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşmsı götürüb.